17 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi Hadisə

17 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi

İlin əvvəlindən Başqırdıstan Respublikasında qanunsuz olaraq yaşayan 236 miqrant məcburi qaydada Rusiya ərazisindən xaric edilib. Onların arasında 17 Azərbaycan vətəndaşı da var. Deportasiya edilənlərin əksəriyyəti Özbəkistan (139) və Tacikistan (44) vətəndaşlarıdır. Onların sırasında, həmçinin Qırğızıstan, Türkiyə, Nigeriya, Vyetnam, Fələstin və başqa dövlətlərin nümayəndələri də var. Ümumilikdə ötən il ərzində Rusiya ərazisindən 26 Azərbaycan vətəndaşı çıxarılıb.
Rusiya mətbuatının bildirdiyinə görə, daha 3 nəfər azərbaycanlı Rusiyadan deportasiya edilib. Buna səbəb kimi onların miqrasiya qanunlarını pozduqları göstərilib. Ötən gün Ukraynanın qalmaqallı "Mirotvorec" saytı ölkəyə girişi qadağan edilmiş 239 nəfər jurnalistin adını açıqlayıb. Siyahıda Azərbaycan KİV-də çalışan 11 nəfərin adı hallanıb.
"Mirotvorets" hesab edir ki, həmin jurnalistlər "DXR" və "LXR" ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və terrorçuluğun genişlənməsinə xidmət göstərirlər.
Azərbaycan Mətbuat Şurası Ukraynanın "Mirotvorets" Tədqiqatlar Mərkəzinin öz saytında yerli və xarici jurnalistləri terrorizmə dəstəkdə ittiham etməsi və onların fərdi məlumatlarını açıqlaması ilə bağlı bəyanat yayıb. Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən "Mirotvorets" təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.