9 Sentyabr 23:45
9 Sentyabr 23:12
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
21 İyun 2023 15:07
2 170
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 19-da Xızı rayonu ərazisində keçirdikləri tədbir zamanı meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması) tələblərini pozduğuna görə bir vəzifəli şəxs, 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə isə Fındığan, Giləzi və Sitalçay kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.