ABŞ-İran qarşıdurması: Hörmüz problemi necə həll olunacaq?
9 Sentyabr 23:45
9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
9 Sentyabr 23:10
10:27
266
“Azərbaycan və Qazaxıstan arasında Xəzər üzərindən sərnişin daşımalarının bərpası iki ölkə arasındakı əlaqələrin yalnız iqtisadi deyil, humanitar və turizm istiqamətində də genişlənməsinə müsbət təsir göstərə bilər. Pandemiya səbəbindən dayandırılan bu reyslərin yenidən fəaliyyətə başlaması Xəzərin iki sahilində yerləşən ölkələr arasında birbaşa əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli söyləyib.
A.Nəsirlinin sözlərinə görə, bu marşrut xüsusilə turizm, biznes səfərləri və qarşılıqlı ticarət əlaqələri baxımından əlavə imkanlar yarada bilər: “İnsanların bir ölkədən digərinə daha rahat və alternativ nəqliyyat vasitəsi ilə getməsi sahibkarlar, turistlər və müxtəlif sahələrdə əməkdaşlıq edən mütəxəssislər arasında əlaqələri intensivləşdirəcək. Eyni zamanda, Azərbaycan və Qazaxıstanın Xəzər hövzəsində əməkdaşlığının praktiki məzmununu da genişləndirəcək. Digər mühüm məqam ondan ibarətdir ki, sərnişin reyslərinin bərpası iki ölkə arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə xidmət edir”.
İqtisadçı əlavə edib ki, Azərbaycan Qərblə Şərqi birləşdirən mühüm nəqliyyat qovşağı, Qazaxıstan isə Mərkəzi Asiyanın əsas logistika mərkəzlərindən biridir: “Bu baxımdan Xəzər üzərindən sərnişin daşımaları, yükdaşımaları ilə yanaşı, insanlar arasında əlaqələrin də inkişaf etdiyi daha geniş bir Transxəzər əməkdaşlıq modelinin formalaşmasına töhfə verə bilər. Təbii ki, bu xəttin davamlı və iqtisadi cəhətdən səmərəli olması üçün reyslərin müntəzəmliyi, qiymətlərin əlçatanlığı və Xəzərdə mövsümi hava şəraitinin yaratdığı məhdudiyyətlərin düzgün idarə olunması vacibdir. Bunlar təmin edilərsə, sərnişin daşımalarının bərpası Azərbaycan-Qazaxıstan münasibətlərində yeni və praktik bir əməkdaşlıq kanalı kimi mühüm rol oynaya bilər”.
Röya İsrafilova