Xəzərdə zəlzələ olub Hadisə

Xəzərdə zəlzələ olub

Qala stansiyasından 20 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Yerli vaxtla 05:52-də baş verən 3,1 maqnitudalı yeraltı təkan 31 km dərinlikdə qeydə alınıb.