9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
10:30
315
Nobel mükafatlarının builki qalibləri nə vaxt elan olunacaq?
2026-cı il Nobel mükafatlarının qaliblərinin elan olunacağı tarixlər açıqlanıb.
APA xəbər verir ki, Nobel mükafatları üzrə qaliblərin builki elanları 5–12 oktyabr tarixlərində keçiriləcək.
Bütün elanlar Nobel mükafatının rəsmi rəqəmsal kanalları vasitəsilə canlı yayımlanacaq.
Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi oktyabrın 5-də, fizika üzrə oktyabrın 6-da, kimya üzrə oktyabrın 7-də, ədəbiyyat üzrə oktyabrın 8-də, Nobel Sülh Mükafatının laureatı isə oktyabrın 9-da açıqlanacaq.
İsveç Mərkəzi Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi İqtisadi Elmlər üzrə mükafatın qalibi oktyabrın 12-də elan ediləcək.
Nobel mükafatlarının təqdimetmə mərasimi
Nobel mükafatlarının təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. Laureatlara Nobel medalı, diplom və mükafat məbləğini təsdiqləyən sənəd təqdim olunacaq.
08:37
581
9 Sentyabr 21:53
798
9 Sentyabr 12:28
903