Həlak olan minatəmizləyənlərin valideynləri, həyat yoldaşları və övladları üçün güzəşt müəyyənləşib
İsrail "Flydubai" insidenti ilə bağlı Səudiyyə Ərəbistanından tam məlumat ala bilmir
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edib - YENİLƏNİB-1
12 Sentyabr 2023 12:41
2 366
Sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində leysan olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.