Prezident İlham Əliyev Su İdmanı Sarayında olub Hadisə

Prezident İlham Əliyev Su İdmanı Sarayında olub

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar.
APA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının "Securo CO.LTD" şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılıb.
Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verəcək. Sarayda üç üzgüçülük hovuzu, fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.