İsmayıllıda mikroavtobusla evakuator toqquşub Hadisə

İsmayıllıda mikroavtobusla evakuator toqquşub

2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, dünən saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətinə hərəkət edən "Ford Transit" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Tovuz rayon sakininə məxsus 12-HD-146 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı evakuatorla toqquşub.
Nəticədə iki nəfər aldığı xəsarətdən hadisə yerində ölüb, evakuatorun sərnişini, Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və mikroavtobusdakı sərnişinlər - Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.