Böyük Britaniya səfiri BDU-da olub Hadisə

Böyük Britaniya səfiri BDU-da olub

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karol Kroftsu və British Council Azərbaycanın direktoru Elizabet Vayt Bakı Dövlət Universitetində olub.
BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək son illər BDU-nun beynəlxalq əlaqələr istiqamətində əldə etdiyi uğurlardan, o cümlədən xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib.
Səfir Karol Kroftsu, öz növbəsində, BDU ilə işbirliyindən danışaraq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
British Council Azərbaycanın direktoru Elizabet Vayt artıq bir neçə ildir ki, universitetlə səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin bir neçə sahəni əhatə etdiyini bildirib.
Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib.