Deputat “Topaz”a qarşıdır Hadisə

Deputat “Topaz”a qarşıdır

Rövşən Rzayev: "Bu cür oyunların əleyhinəyəm"

Nazirlər Kabineti "İdman mərc oyunlarının ("Topaz") təşkili və keçirilməsi Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən idman mərc oyununu udan şəxsin adı birbaşa açıqlanmayacaq, mütləq onun yazılı razılığı tələb olunacaq.
Məlumat üçün bildirək ki, Milli Məclisin bəzi deputatları bir müddət əvvəl bu oyunların ləğv olunmasını söyləyib.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev açıqlamasında bu cür oyunların keçirilməsinin əleyhinə olduğunu deyib.
"Ümumiyyətlə, bu cür oyunların əleyhinəyəm. Ona görə də bu oyunların təşkilini müsbət hal kimi qiymətləndirə bilmərəm. İdman mərc oyunlarına aludə olanlar anlamalıdır ki, bu cür oyunların sonunda qalib olmur. 10 milyon adamın içində bir nəfər qalib olursa, bu o deməkdir ki, hamı qalib ola bilər?! Bir çoxları cibindəki son qəpiyini bu tipli oyunlara xərcləyir. Ona görə də bu oyunları dəstəkləyə bilmərəm".
Deputat həmçinin qanuna edilən dəyişikliyə də toxunub.
"İdman mərc oyunları zamanı udan şəxs adının açıqlanmasını istəmirsə, qanun onu qorumalıdır. Artıq yeni qaydalarda bu, öz əksini tapıb. Yenə də təkrar edirəm. Bu cür qurulmuş oyunlarda heç kim qalib olmur. Digər tərəfdən, bu cür oyunlar var. İstər gizli, istərsə də açıq şəkildə həyata keçirilir. Bütün hallarda bu cür oyunların əleyhinəyəm".