11 Mart 2024 11:03
1 708
Bakıda xəttə olan avtobusların sayı cədvəldə olan avtobusların sayından xeyli aşağıdır. 2200 avtobus əvəzinə 1700 avtobus xəttə çıxırdı.
Trend-in məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, daşıyıcılarla aparılan iş nəticəsində avtobusların sayı artırılıb.
“Hazırda xəttə olan avtobusların sayı 2000-dən azdır. Avtobusların sayı 2500-ə çatdırılmalıdır ki, pik saatlarda tələbatı ödəsin”, - deyə o əlavə edilib.
Xəbər yenilənəcək