Azərbaycanda Həcc ziyarəti kvotası azaldıldı Hadisə

Azərbaycanda Həcc ziyarəti kvotası azaldıldı

Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasını azaldıb.

Bu barədə Trend-ə QMİ-dən məlumat verilib.

Bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakin ilkin kvota 2 mindən bir qədər çox idi.

Qeyd edək ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.
Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə insanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinə aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanına çevrilib.

İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdən fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1 ay tez bitməlidir.

Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır.