Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
29 May 2024 16:09
2 457
Tanınmış jurnalist, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı Elşad Paşasoy 50 illik yubileyi münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən təltif olunub.
Mükafatı Elşad Paşasoya ATXƏM sədri İlham İsmayılov şəxsən təqdim edib.
Təqdimat zamanı ATXƏM sədri İlham İsmayılov Elşad Paşasoyun keçdiyi jurnalist fəaliyyətinə toxunaraq, onun qələmə aldığı yazıların Azərbaycan cəmiyyəti və Türk dünyası üçün, həmçinin ölkəmizdə diaspor quruculuğunun inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
İlham İsmayılovun sözlərinə görə, Elşad Paşasoy müasir Azərbaycan mediasında önəmli yerlərdən birini tutub.
Daha sonra ATXƏM sədri jurnalistə gələcək fəaliyyətində daha böyük nailiyyətlər və uğurlar arzulayıb.
Öz növbəsində Elşad Paşasoy da təltifə görə, İlham İsmayılova və rəhbərlik etdiyi ATXƏM-in kollektivinə təşəkkür edib.
Görüşdən sonra xatirə fotosu çəkilib.

10:35
644
09:38
700
23 Mart 15:55
1 127