İsrail səfiri FHN əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirib Hadisə

İsrail səfiri FHN əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirib

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyində (FHN) İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüş keçiriliib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, Azərbaycan FHN ilə İsrail Dövlətinin uyğun qurumları arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın, qarşılıqlı səfərlərin əhəmiyyətindən ətraflı bəhs edib.
FHN əməkdaşlarının İsrail Dövləti Hökumətinin müraciəti əsasında və Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq İsrailin Hayfa və Qüds şəhərləri ətrafında meşə yanğınlarının söndürülməsi əməliyyatlarında göstərdiyi peşəkarlığı yüksək qiymətləndirən səfir Dan Stav deyib ki, İsrail tərəfi Azərbaycan FHN ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.