Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər Gündəm

Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər

Ukrayna prezidenti Volodimir Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, tərəflər beynəlxalq danışıqların gedişini və münaqişənin nizamlanması üzrə səylərin əlaqələndirilməsini müzakirə ediblər.

"Finlandiya prezidenti Aleksandr Stubb ilə danışıq baş tutdu. Hazırda Əbu-Dabidə artıq üçtərəfli format start götürüb, həmçinin avropalı tərəfdaşlarla görüş keçirilib. Biz bu günlərdəki danışıqların konkret nəticələr verməsi üçün bütün səylərimizi əsirgəmirik. Ukrayna və onun tərəfdaşları gərginliyin azaldılması, təsirli təhlükəsizlik zəmanətlərinin işlənib hazırlanması və real sülhün yaxınlaşdırılması naminə konstruktiv işə kökləniblər. Rusiya tərəfinin də analoji mövqe tutması zəruridir", - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, tərəflər sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər. Ukrayna lideri həmçinin Rusiya nümayəndə heyəti ilə təmasların yekunlarına dair danışıqlar qrupundan ətraflı brifinq gözlədiyini bildirib.

Məryəm Quliyeva