14:33
644.jpg)
İran mütəxəssisləri radiolokasiya şüalanması mənbələrinə yönələn və düşmənin Radiolokasiya Stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulan "Hörmüz" raketini hazırlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit hissələri) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Bəlali bəyan edib.
"Hörmüz" raketi radiolokasiya sistemlərinə qarşı mübarizə üçün işlənib hazırlanmışdır və radiolokasiya şüalanması mənbələrinə yönəlmək qabiliyyətinə malikdir", - deyə İranın "Fars" agentliyi onun sözlərindən sitat gətirir.
Bəlalinin sözlərinə görə, İran mütəxəssislərinin uğurlarının istiqamətlərindən biri düşmənin radiolokasiya avadanlıqlarını aşkar etmək və məhv etmək üçün RLS şüalanmasından istifadə edən raketlərin hazırlanmasıdır. Bu, onun qeyd etdiyi kimi, İranın raket sənayesinin mövcud texnologiyaların təkrar istehsalı mərhələsini geridə qoyduğunu və döyüş meydanının ehtiyaclarını nəzərə alaraq yeni silahlar yarada bildiyini göstərir.
"Hörmüz" ailəsindən olan raketlər "Fateh" bazasında yaradılıb və 2010-cu illərdə təqdim olunub: "Hörmüz-1" radioşüalanmaya qarşı passiv özütuşlama başlığı ilə, "Hörmüz-2" isə aktiv radiolokasiya başlığı ilə təchiz edilib.
Məryəm Quliyeva