Bakı-Qazax magistralında qəza Hadisə

Bakı-Qazax magistralında qəza

Ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhəri ərazisində qeydə alınıb. Qovlar şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rzayevin idarə etdiyi "KİA" markalı avtomobillə, Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Gülnarə Mehdiyevanın idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "KİA"-da olan 2 sərnişin və sürücü, "VAZ 2107" markalı avtomobildə olan 2 sərnişin xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan, "KİA"-nın sərnişini, 21 yaşlı Kamran Yadigarov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.