24 Mart 16:49
15 Avqust 2024 11:56
2 611
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 130 103,4 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,7% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 124 311 min nəfər təşkil edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
24 Mart 17:07
1 134
24 Mart 16:08
1 169
24 Mart 14:54
1 106