Xaçmazda yük maşını motoblokla toqquşub, xəsarət alanlar var Hadisə

Xaçmazda yük maşını motoblokla toqquşub, xəsarət alanlar var

Xaçmazda yol qəzası olub.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz rayonunun Sayad-İlxıçı avtomobil yolunda baş verib.

"Ford" markalı avtomobil hərəkətdə olan motobloku vurub. Nəticədə 41 yaşlı Tərlan Kərimov və 30 yaşlı Əhməd Əhmədov xəsarətlər alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.