Naxçıvanda İran dronunun düşdüyü məktəb binasının yaxınlığından FOTOLENT
“Bu, Rusiya-Ukrayna müharibəsinin dinamikasına təsir göstərir”
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
İranın dron zərbələri nəticəsində Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTO
Azərbaycan MN: Dron hücumuna görə məsuliyyət İranın üzərinə düşür, bu, cavabsız qalmayacaq
18 Sentyabr 2024 15:04
3 934
Hazırda Azərbaycanda qazpaylayıcı şəbəkənin uzunluğu 73 min kilometrin üzərindədir.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Bakıda keçirilən 1-ci Beynəlxalq “Caspian Gas İndustry Forum”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz" üzrə abonentlərin sayı 2,6 milyonu üstələyir.
Azər Məmmədov onu da qeyd edib ki, ölkə üzrə qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu sahədə işlər davam etdirilir.
"Azərbaycanda qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu da dünyada nömrə bir göstəricidir", - Azər Məmmədov vurğulayıb.
O, əlavə edib ki, ölkəmiz qazlaşma göstəricisi üzrə Niderland, Gürcüstan, İtaliya, Böyük Britaniya kimi ölkələri üstələyir.