Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
Yaponiya müxtəlif tipli dəniz dronlarının istehsalı və bazası üçün mərkəz yaradacaq
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11 Noyabr 2024 11:30
4 501
Bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, liderlər və iqlim üzrə ekspertlər ilin ən böyük iqlim tədbirlərindən birinin başlanğıcını qeyd etmək üçün bir araya gəliblər.
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.
"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.









