Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
20 Noyabr 2024 09:14
3 094
İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müavin təyin edilib.
Bu barədə "APA-Economics"ə bildirilib.
Qeyd edək ki, İlham Bayramov 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur. O, 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə başa vurub.
2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-cı ilin yanvar ayında Xidmətin rəis müavini vəzifəsinə təyin edilib və 2009-cu ilin may ayına qədər həmin vəzifədə çalışıb.
2009-2013-cü illərdə “Caspel” MMC-nin idarə heyətinin sədr müavini qismində fəaliyyətini davam etdirib.
2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi vəzifəsində çalışıb.
2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri, nazirin müşaviri işləyib.
2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru vəzifələrində çalışıb.
2021-ci ilin 10 dekabr tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirib.
Qeyd edək ki, İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.
Evlidir, 3 övladı var.
25 Sentyabr 18:21
973
25 Sentyabr 17:17
721
25 Sentyabr 17:16
679