27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
4 Dekabr 2024 13:18
3 675
Dostluq Evində Mangistau vilayətinin Aparat rəhbərinin müavini Anuar Bimaganbetin iştirakı ilə “Jomart Jan” mükafatı laureatlarının təbrik mərasimi keçirilib.
Xalqcəbhəsi.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd insanları, biznes təşkilatlarının nümayəndələrini, xeyriyyəçiləri, qeyri-hökumət təşkilatlarını və könüllüləri ruhlandırmaq, vətəndaş fəallığının ən yaxşı təcrübələrini yaymaq, xeyriyyəçilik, himayədarlıq və qonaqpərvərlik ideyalarını təbliğ etməkdir.
Tədbirdə mükafatlandırılanlar arasında “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin üzvü, diaspor fəalı Elmir Şahsuvarov var.
Qeyd edək ki, E.Şahsuvarov vilayətdə daşqınlar zamanı göstərdiyi fəallığa və humanitar layihələrdə iştirakına görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından mükafatlandırılıb. Mükafatı Mangistau vilayətinin Aparat rəhbərinin müavini A.Bimaganbetin təqdim edib.
27 Dekabr 10:14
1 792
26 Dekabr 21:03
1 974
26 Dekabr 20:09
3 241