Agentlik və Xidmət rəhbərləri dövlət qulluğuna testlə qəbul ediləcək Hadisə

Agentlik və Xidmət rəhbərləri dövlət qulluğuna testlə qəbul ediləcək

Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qayalarda dövlət qulluğuna qəbulun aparıldığı təsnifatların sayı artırılıb.
Yeni qaydalara əsasən, inzibati vəzifələrin 1-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru test imtahanı ilə dövlət qulluğuna qəbul ediləcək.
İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə: şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini də dövlət qulluğuna qəbul zamanı test imtahanında iştirak edəcək.
İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: sektor müdiri, şöbə müdiri, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri də test imtahanı ilə dövlət qulluğuna qəbul ediləcək.
İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə: sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi də dövlət qulluğu zamanı test imtahanında iştirak edəcək.