Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
20 Dekabr 2024 19:44
4 158
Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluğun İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi İran vətəndaşı Azadfər Mehdi Məhəmmədrzanın (Mohammadreza) ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib.
Şəxs ötən ilin may ayında Omanda müəyyən edilərək həbs olunub və hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
25 Sentyabr 18:21
994
25 Sentyabr 17:17
728
25 Sentyabr 17:16
686