Azərbaycan AİİB-in 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib
"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
Aİ "Yabloko" partiyasına görə 10 rusiyalıya sanksiya tətbiq edib
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
14 Mart 2025 11:19
3 059
Qəzalı vəziyyətdə olan binaların son statistikası açıqlanıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri üzrə 187 ünvanda yerləşən 6,1 min mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda yerləşən 464 mənzil və Gəncə şəhəri üzrə 11 ünvanda yerləşən 708 mənzil olmaqla, ümumilikdə qəzalı binalara dair 219 ünvan üzrə 7,3 min mənzillə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş siyahılar təhlil edilib, məsələnin həlli üzrə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İşçi qrup yaradılıb. Bakı şəhəri üzrə 92 ünvanda inventarizasiya işləri başa çatdırılıb, digərləri üzrə isə bu işlər müxtəlif mərhələlərdə davam etdirilir.