Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
17 Mart 2025 19:01
3 843
"Azərbaycan televiziyasında “Fatehlərin divanı” əsərinin yenidən ekrana qayıtması cəmiyyətimizdə milli-mənəvi dəyərlərin və türkçülük şüurunun inkişafına böyük təsir göstərəcək. Tariximizə yenidən nəzər salmaq vacibdir. Həm də cəmiyyəti düşündürəcək, alt şüura təsir göstərəcək belə əsərlər gələcəyimizə işıq salacaq mayakdır. Bu gün tarixi verilişlərimizin çəkilməsinə böyük ehtiyac yaranıb”.
Bunu diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk söyləyib.
Ekspert bu baxımından Azərbaycan televiziyasının unikal iş ortaya qoyduğunu və alqışlanacaq addımlar atdığını diqqətə çatdırıb: “Görkəmli rejissorumuz Ramiz Həsənoğlu 1997-ci ildə “Fatehlərin divanı” əsərini ekranlaşdırarkən cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bu gün onun rejissorluğu ilə əsərin yenidən ekrana qayıtması gənclər arasında böyük ruh yüksəkliyi yaradacaq. Gənc nəsil tariximizi, xüsusilə, ümumtürk tarixini yaxşı öyrənməlidir. Bu mövzuda filmlər və tamaşaların sayı çoxalmalıdır. Çünki görüntü ilə tarixi hadisələrin ekranlaşdırılması illərlə insanların yaddaşına həkk olunur”.
E.Eltürkün sözlərinə görə, babalarımızın keçmişdə buraxdığı səhvləri yenidən təkrarlamaq olmaz: ““Fatehlərin divanı” əsəri bizə bir daha bunu xatırladacaq. Bu gün sosial şəbəkələrin informasiya resurslarından yararlanıb belə verilişlərin təbliğatını artırmalıyıq ki, o, daha çox kütləyə çatsın. Qoy, bu kimi verilişlər, əsərlər günümüzün trendi olsun”.