
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Attraksionlar istismara buraxılmamışdan əvvəl texniki sənədləri agentliyə təqdim olunmalıdır”.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.
O bildirib ki, attraksionlarda monitorinqlər zamanı istismara yararlı olduğu və tibbi müayinədən keçmiş operatorlar tərəfindən idarə olunmalıdır:
“Mexanikləşdirilmiş attraksionlar təhlükəli obyektlər olduğu üçün həmin qurğular dövlət qeydiyyatına alınmalıdır. Attraksionun fəaliyyətinə icazəni bizim müffəttişlik verir. Bu gün Dəniz Kənarı Bulvar İdarəsinin balansında olan attraksionlara baxış keçirildi. Qurğular zavod istehsalıdır. Ümumilikdə, qeyri-standart attraksionların istismarına icazə verilmir. Sahibkarlar attraksionlara zamanında texniki baxış keçirməlidir. Biz həmin attraksionlara texniki nəzarətin edilməsi üçün dövlət nəzarətini həyata keçiririk”.