APA Holdinq yenilənmiş saytını təqdim edib Hadisə

APA Holdinq yenilənmiş saytını təqdim edib

APA Holdinq tam yenilənmiş korporativ saytını istifadəyə verib. Yenilənmiş sayt sadəliyi və istifadədə rahatlığı ilə fərqlənir. Naviqasiya da rahat və sadədir. Saytın strukturu və bölmələrin təşkili yenidən işlənib, dizaynı isə holdinq-in dəsti xəttinə uyğunlaşdırılıb.

Mobil cihazlara uyğun sayt

Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.

Reklam verənlər üçün bölmə

Holdinq-in yenilənmiş korporativ saytı vasitəsilə reklam verənlər holdinq-ə daxil olan saytlar üzrə müvafiq statistikalarla tanış ola biləcəklər. Saytlar üzrə statistikaların hər ay yenilənməsi nəzərdə tutulur.

KİV üçün faydalı bölmə

İstifadəçilər yeni saytda yaradılmış KİV üçün bölməsi holdinq-ə daxil olan şirkətlərin loqolarının master faylını, holdinq-dən görüntüləri və müvafiq şəxslərin şəkillərini yüksək keyfiyyətdə əldə edə bilərlər.
Qeyd edək ki, sayt APA Holdinq-ə daxil olan Apamark (Marketinq və PR şirkəti) tərəfindən dizayn olunub, şirkətin İnformasiya Texnologiyaları Departamenti tərəfindən proqramlaşdırılıb.