Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
18 Aprel 2025 20:39
3 199
Şəkidə sel və daşqın sularından mühafizə tədbirlərini həyata keçirilməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tədbirlər həyata keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ADSEA-dan məlumat verilib.
Qeyd olunub ki, rayon ərazisindən axan dağ çaylarında sel sularının yaşayış məntəqələrinə və əkin sahələrinə vura biləcəyi ziyanın qarşısını almaq üçün məcra tənzimləmə işləri görülür. Bununla yanaşı, Kiş kəndi və şəhər ərazisinin sel təhlükəsindən qorunması üçün Kiş çayının sol sahilində 2019-cu ildə 120 paqonmetr, 2020-ci ildə 313 paqonmetr, 2021-ci ildə 106 paqonmetr, 2023-cü ildə isə 577 paqonmetr olmaqla ümumilikdə 1 116 paqonmetr daş-beton bənd tikilib. Kiş çayının sağ sahilində isə 1 926 paqonmetr bənd inşa olunmaqla, ümumilikdə 3 044 paqonmetr mühafizə bəndi istifadəyə verilib. Eyni zamanda, Kiş çayının sol sahilində 455 paqonmetr mövcud daş-beton bənd üzlənib, 125 m³, Şin çayının sol sahilində isə 100 m³ həcmində qabion bənd inşa olunub, məlumatda deyilir.
"Rayon ərazisindən axan Quruçay, Şinçay və Daşağılçay çaylarında da seldən mühafizə tədbirləri həyata keçirilib. Quruçay çayında aparılan işlər nəticəsində Baş Göynük kəndi tam şəkildə sel təhlükəsindən qorunub. Hazırda Daşağılçay çayında yerləşən Dəhnə, Suçma, Dərəcənnət və Cəfərabad kəndlərini suvarma suyu ilə təmin edən Dəhnə kanalının mühafizəsi istiqamətində işlər davam etdirilir", - ADSEA qeyd edib.
25 Sentyabr 18:21
868
25 Sentyabr 17:17
609
25 Sentyabr 17:16
574