Elmar Məmmədyarov Finlandiyaya gedib Hadisə

Elmar Məmmədyarov Finlandiyaya gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Finlandiya prezidenti Sauli Niinisto, həmkarı Erkki Tuomioya və bir sıra digər şəxslərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.