Millimiz dünya çempionatına heç-heçə ilə başladı İdman

Millimiz dünya çempionatına heç-heçə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.

Xalqcebhesi.az xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.

Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.