21 May 2025 18:41
6 433
Quba Soyqırımı Memorial Kompleksində nümayiş etdirilən qobelen sərgisini 8 mindən çox ziyarətçi izləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 29-dan etibarən ziyarətçilərə nümayiş etdirilən, Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisinə artıq yekun vurulub.
Sərgidə yer alan əsərlər ermənilərin 107 il öncə – 1918-ci ildə xalqımıza qarşı törətdiyi kütləvi qırğınlar, o cümlədən Quba soyqırımına həsr olunmuşdu. İki ay ərzində Kompleksin muzeyində sərgilənən əsərlərlə yerli, eləcə də dünyanın bir çox ölkələrindən - Türkiyə, Rusiya, İtaliya, Fransa, Hindistan, Pakistan, İsrail, BƏƏ və digər ölkələrdən gələn ziyarətçilər yaxından tanış olublar. Sərgidə nümayiş olunan qobelen əsərlərdə palaz, kilim, xalça və sumax texnologiyalarından istifadə edilib.
5 İyun 11:31
1 309
5 İyun 11:31
1 386
5 İyun 08:41
1 400


