

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə gündəmi dəyərləndirib.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən qeyd edir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında dünən olan telefon danışığında Ukraynanın iyunun 1-də Bryansk ve Kursk bölgələrinə hücumlarının da müzakirə edildiyini bildirib.
Trampın hücumlarla bağlı heç bir məlumatı olmadığını bildirdiyini vurğulayan Peskov, “Beynəlxalq qiymətləndirmə baxımından, əlbəttə ki, bu terror aktının sərt şəkildə qınandığını eşitməyi üstün tutardıq” deyib.
İki liderin görüşdə bir araya gəlmə mövzusunda razılığa gəlmədiklərini qeyd edən Peskov, "Görüş düzgün hazırlanmalı və bu hazırlıq mühüm nəticələr verməlidir ki, bu nəticələr ən yüksək səviyyədə müzakirə olunsun. Ümumiyyətlə isə, əlbəttə ki, bu telefon danışığı konstruktiv, lazımlı oldu, prezidentlər həqiqətən də bir çox fundamental və mühüm məsələləri müzakirə etdilər" deyə qeyd edib.
Ukraynanın Rusiya hərbi hava bazalarına hücumuna Rusiyanın cavab verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov, "Ordumuz uyğun gördüyü zaman cavab verəcəyik" deyib.