Özbəkistan millisi ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb İdman

Özbəkistan millisi ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb

Futbol üzrə Özbəkistan millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xalqcebhesi.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin Asiya zonasında uğurlu çıxışı sayəsində bu hüquqa yiyələnib.

IX turda Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.

Bu nəticə ilə Özbəkistan yığması qrupda II yeri təmin edib və tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.