

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Xalqcebhesi.az xəbər verir ki, ədalət təmsilçisi Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.
Moskvada keçiriləcək qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.