Azərbaycanda zəlzələ olub, 4-3 bala qədər hiss edilib Cəmiyyət

Azərbaycanda zəlzələ olub, 4-3 bala qədər hiss edilib

Şamaxı rayonu ərazisində zəlzələ olub.

Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkan Pirqulu rayonunda baş verib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.