İmtahanda 9 şagird maksimum nəticə göstərdi Cəmiyyət

İmtahanda 9 şagird maksimum nəticə göstərdi

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Xalqcebhesi.az DİM-ə istinadən xəbər verir ki, imtahanda 9 şagird maksimum nəticəni - 300 bal toplayıb.

Həmin siyahını təqdim edirik:

1. Abdullayev Şaiq Namiq - Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəb

2. Eyvazlı Tunar Coşğun - Salyan şəhər 2 saylı tam orta məktəb

3. Babayeva Qızyetər Famil - Qax rayonu Güllük kənd tam orta məktəbi

4. Musayeva Şəms Musa - Kəlbəcər rayonu 56 saylı tam orta məktəb

5. Əsgərova Mədinə Tural - Bakı şəhəri 214 saylı tam orta məktəb

6. Gülməmmədova Məryəm Zəka - Bakı şəhəri 72 saylı məktəb-lisey

7. Bayramov Elsevər Elnur - Bakı şəhəri 70 saylı məktəb-lisey

8. Hüseynli Rüqayyə Oruc - Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya

9.Əhmədov Emil Babək - Bərdə rayonu T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəb.