3 mindən çox avtomobil daşıyan gəmidə yanğın Dünya

3 mindən çox avtomobil daşıyan gəmidə yanğın

ABŞ-ın Alyaska ştatı sahillərində, içərisində 800-ü elektrikli olmaqla 3 mindən çox avtomobilin yerləşdiyi yük gəmisində yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ-ın Alyaska ştatına bağlı Ankoric şəhərindən təxminən 1200 mil uzaqlıqda yerləşən “Morning Midas” adlı gəminin göyərtəsində dünən günorta saatlarında yanğın baş verdiyi bildirilib. Yanğının içərisində 800 elektrikli avtomobil də daxil olmaqla 3 mindən çox nəqliyyat vasitəsi olan gəmidə başladığı və 24 saatdan artıq müddətdir davam etdiyi qeyd olunub.

ABŞ Sahil Mühafizəsi, avtomobillərdə olan litium-ion batareyalarının partlayış riski səbəbilə yanğının nəzarət altında yanmasına icazə veriləcəyini açıqlayıb. Gəmidə olan heyətin isə xilasedici qayığa minərək gəmini tərk edə bildiyi bildirilib.

Məryəm Quliyeva