“Cilovluq faciəsi unudulmamalıdır” Hadisə

“Cilovluq faciəsi unudulmamalıdır”

Güney Azərbaycan millət vəkili: "Mən bu tarixi faciənin rəsmən tanınması və onun dərsliklərə salınması üçün əlimdən gələni edirəm"

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur XX əsrin əvvəllərində törədilən Cilovluq faciəsinin 100-cü ildönümü ərəfəsində tarixi hadisə ilə bağlı yeni açıqlama verib.
Axar.az xəbər verir ki, o, bu barədə yerli xəbər agentliklərinin birinə danışıb.
"Cilovluq faciəsi unudulmamalıdır. Mən bu tarixi faciənin rəsmən tanınması və onun dərsliklərə salınması üçün əlimdən gələni edirəm. Artıq faciənin 100-cü ildönümü ərəfəsindəyik. Tarixi faciənin təkcə virtual aləmdə işıqlandırılması, bu haqda bir neçə məktubun yazılıb və harasa göndərilməsi ilə kifayətlənə bilmərik", - deyə o bildirib.
Qeyd edək ki, XX əsrin əvvəllərində Birinci Dünya müharibəsinin sonlarında erməni və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Cilovluq faciəsi kimi tarixə düşüb.