Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib Hadisə

Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib

Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib.
Diplomatik nümayəndəlikdən Trend-ə verilən məlumata görə, səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi fəaliyyətini tam bərpa etməyə müvəffəq olub.
Beləliklə, həm qısa müddətli (C) və uzun müddətli (D) vizası üçün ərizəçilər ifr.mfa.gov.hu saytından görüş vaxtı təyin edərək müraciət edə bilərlər.
Səfirlik bir daha nəzərə çatdırır ki, sənədlərin qəbulu yalnız yuxarıda qeyd olunan saytda görüş vaxtı təyin edən ərizəçilərə şamil olunur.