Quzanlıda “Vətəni müdafiəyə daim hazırıq“ adlı forum keçirilib Hadisə
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumu keçirilib.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, görüşün qədim Azərbaycan torpağı olan Qarabağda keçirilməsi təsadüfi deyil: "Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, hər bir düşüncəsi Qarabağla bağlıdır, hər bir fəaliyyət Qarabağın tezliklə azad olunmasına istiqamətlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizi tezliklə qələbə çalaraq, Qarabağımızı qaytaracağımıza əmin edir. Düşmən və onun havadarları artıq gözəl bilirlər ki, torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil, buna görə də çox təşvişə düşüblər, müxtəlif yollarla bizə təsir etmək istəyirlər. Amma onlar bilirlər ki, Azərbaycan vətəndaşı öz prezidentinə inanır və ona arxalanır və onun istənilən göstərişinə dərhal əməl etməyə hazırdır".
Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayev bildirib ki, Azərbaycan prezidentinin qətiyyətli siyasəti nəticəsində bu tədbir Şuşada, Xankəndində də keçiriləcək. O qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın ağır illərində xalqın tələbi ilə hakimiyyətə qayıdışı və qısa müddətdə gördüyü işlər Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılacağına ümidləri artırıb. Rəis müavini bildirib ki, onun siyasətini bu gün prezident İlham Əliyevuğurla davam etdirir: "Azərbaycan ordusu dünyanın ən güclü ordularındandır. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi tanınır".
İlqar Musayev vurğulayıb ki, aprel döyüşləri xalqın orduya inamını daha da artırıb və Azərbaycan düşmənə gücünü göstərib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, gənclik hər zaman Azərbaycan dövləti üçün önəmli amil olub: "Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, biz ölkəmizin müdafiəsini bacarmasaq, öz dövlət təhlükəsizliyimizi təmin etməsək, Vətənimiz olmasa, digər fəaliyyətlərimiz artıq sıfıra bərabər olar".
Çıxışlardan sonra Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.