21 Yanvar 23:43
21 Yanvar 23:40
21 Yanvar 23:37
08:49
658
İbrahim Cəfərovun anadan olmasının 70 illik yubileyi münasibətilə və uzun illər ərzində apardığı səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə o, “AMEA-nın döş nişanı” ilə təltif olunub.
Təltif mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, İbrahim Cəfərovun Azərbaycan aqrar elminin inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, İbrahim Cəfərov həm yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik nüfuzlu alim, həm də elm və təhsilin inkişafına verdiyi sanballı töhfələrlə ölkəmizdə aqrar sahənin müasirləşdirilməsi və elmi potensialının artırılması işində əvəzsiz rol oynayıb. Onun rəhbərliyi altında həyata keçirilən elmi-tədqiqat işləri və təşkilati fəaliyyət Azərbaycan elminin yüksəlməsində mühüm əhəmiyyətə malikdir.
Bu təltif həm də İbrahim Cəfərovun akademik fəaliyyətinin ölkə elminə və cəmiyyətə göstərdiyi davamlı dəstəyin, elmi məktəbin formalaşmasındakı rolunun və gələcək nəsillərə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi qəbul edilir.
Cavid
