BMT-nin “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər“ adlı hesabatı açıqlanıb Hadisə

BMT-nin “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər“ adlı hesabatı açıqlanıb

"Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq"

2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq.
Bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.
Qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faiz olacaq, lakin gələn il 5,9 faizədək azalacaq. 2019-cu ildə isə inflyasiya cüzi artaraq 7,5 faiz təşkil edəcək.
BMT-nin proqnozuna əsasən, regionun digər ölkələrində - Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynada inflyasiyanın azalma tempi 0,3-3 faiz bəndi təşkil edəcək. Ermənistan, Türkmənistan və Rusiyada isə inflyasiyanın artmı proqnozlaşdırılır.