Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
7 May 11:21
1 953
“Azersky- 2A” və “Azersky- 2B” peyklərinin dizayn mərhələsi tamamlanıb.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Milli Kosmik Agentliyindən (AZƏRKOSMOS) bildirilib.
Məlumata görə, hazırda “Azersky-2A” peykinin istehsal prosesi davam edir:
“Proseslər Azərbaycanlı mütəxəssislərin iştirakı ilə baş verir. Peykin buraxılışı və istismarı ilə bağlı artıq bütün razılaşmalar yerindədir və plana uyğun icra edilir”.
Qeyd edilib ki, “Azersky-2B” peykinin və həmçinin oxşar peyklərin gələcəkdə Azərbaycanda yığılması nəzərədə tutulur:
“Peyklərin ixracı potensialını nəzərə alaraq potensial müştərilərlə danışıq üstünlüyünü itirməmək üçün peyklərin dəyərinin kommersiya sirri kimi saxlanılması məqsədəuyğundur. Eyni məsələ konkret istismar tarixinə, yəni xidmətlərin satışı ilə bağlı olan ixrac fəaliyyətinə də aiddir”.
Xatırladaq ki, “Azersky” Azərbaycanın ilk yer səthinin məsafədən müşahidə peykidir və 2014-cü ildə orbitə buraxılıb. 2023-cü ildə isə peyk istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Həmin ildə Azərkosmos və İsrail şirkəti arasında Azərbaycanın yeni yerin məsafədən müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azersky-2 proqramı çərçivəsində iki peyk, yəni Azersky- 2A və Azersky- 2B peyklərinin istehsalı nəzərdə tutulub.