Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
7 May 11:57
1 855
Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.
Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
“İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq”, - məlumatda qeyd olunur.