Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
7 May 14:48
2 254
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.




