Azərbaycan prezidenti Yaponiya imperatoruna məktub göndərib Hadisə

Azərbaycan prezidenti Yaponiya imperatoruna məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitoya məktub göndərib.
Dövlət başçısının məktubunda deyilir:"Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".