ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib Gündəm

ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib

ABŞ Federal Məhkəməsi Тramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsinin dayandırılması barədə qərarını qanunsuz hesab edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qərara istinadən "Reuters" məlumat yayıb.

Manhetten Dairə Məhkəməsinin hakimi qeyd edib ki, qanunvericilik dövlət katibi Marko Rubioya konsulluq əməkdaşlarının işinə bu şəkildə müdaxilə etməyə icazə vermir.

Dövlət Departamenti bu məhdudiyyətləri yanvar ayında tətbiq etmişdi. Hakimiyyət orqanları iddia edirdilər ki, siyahıya daxil edilən ölkələrdən olan şəxslərin dövlət üçün maliyyə yükünə çevrilməsi və ABŞ-də sosial yardımlardan istifadə etməsi ehtimalı yüksəkdir.

Qərarın dayandırılması Rusiya, eləcə də Latın Amerikası, Balkanlar, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib regionu ölkələrindən olan müraciətçilərə təsir göstərmişdi. Məhdudiyyət yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrasiya vizalarına aid idi, turist vizalarına və digər müvəqqəti vizalara şamil olunmurdu.

Məryəm Quliyeva