Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdə yeni mərhələ
14:09
917
İran hakimiyyəti bəzi İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq Prezidenti Nizar Amidi məlumat verib.
"İraq nefti daşıyan bəzi gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilib", – deyə "Al Hadath" telekanalı onun sözlərini sitat gətirib.
Bir qədər əvvəl İranın IRNA agentliyi məlumat vermişdi ki, İslam Respublikası "ən sərt hərbi tədbirlərə və ciddi qeyri-sabitliyə baxmayaraq, bir sıra İraq tankerlərinə Hörmüz boğazından keçmək üçün icazə verib". Qeyd olunurdu ki, bu qərar İraq hökumətinin xahişi ilə qəbul edilib.
Tehranın bu icazəsi ilə İraq nefti daşıyan neçə tankerin və hansı müddət ərzində Hörmüz boğazından keçə biləcəyi barədə məlumat yoxdur.
Ötən gün İraq Nümayəndələr Şurasının (parlamentinin) sədri Heybət əl-Halbusi bildirib ki, üçgünlük səfərlə Bağdadda olan İran parlamentinin spikeri Məhəmməd Baqir Qalıbaf İraq neft tankerlərinin Hörmüz boğazındakı məhdudiyyətlərdən azad edilməsi məsələsini İranın ali rəhbərliyi ilə müzakirə etmək niyyətindədir. Qalıbaf ilə görüş zamanı İraq parlamentinin sədri "iqtisadi maraqlarının qorunmasını təmin etmək" üçün İran hakimiyyətindən Hörmüz boğazı vasitəsilə neft ixracı məsələlərində İraqa "xüsusi status" verilməsini xahiş edib.
Məryəm Quliyeva